Mənim emosiyalarım

İnsan öz şüuru ilə başqa canlılardan fərqlənir. Bu fərq danışmaqla yanaşı üzünün mimikasından, ifadəsindən də görünür. Emosiyaların anlaşılması, qarşısındakını sözsüz başa düşməsi üçün mimikaların xüsusi rolu var. Məktəbin psixoloqu Nurlanna Əhmədova 3 “F” sinif şagirdləri ilə “Mənim emosiyalarım” adlı korreksion oyun keçirtdi. Emosiyaların ayrı-ayrı fərdlər tərəfindən təzahür forması müqayisə edildi. Uşaqlar öz emosiyalarını idarə etməyi, müsbət və mənfi emosiyaları bir-birindən fərqləndirməyi öyrəndilər, gözəl əhval-ruhiyyə vurğunu olduqlarını biruzə verdilər. Psixoloqun köməyi ilə bir daha anladılar ki, emosiyaların ən gözəli gülüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi