“Məzun günü” ilə əlaqədar müəllim və valideynlərlə görüş

İyunun 12-də məktəbin 4-cü “Sağlam Təhsil” siniflərində keçiriləcək “Məzun günü” ilə əlaqədar sinif müəllimləri və valideynlərlə görüş keçirildi. Görüşdə məktəbin direktoru Dadaş Əliyev valideynləri “Qaydalarla” tanış etdi. Bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd: sağlam həyat tərzinin təbliği, uşaqların idmana olan marağının artırılması, ailə və məktəb əməkdaşlığının təkmilləşdirilməsi, yaradıcı təfəkkürün, ünsiyyət bacarıqlarının, qarşılıqlı kömək etməyin, məsuliyyətin, sağlam rəqabətin tərbiyə olunmasından ibarətdir.