"Narkomaniyaya yox deyək” mövzusunda tədbir

Narkomaniya – bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gedirlər. Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur.  26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə bağlı Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər, rayon komissiyaları tərəfindən hazırda bir sıra kütləvi maarifləndirici tədbirlər həyata keçirilir. Mayin 16-da məktəbdə Suraxanı rayon 30-cu polis şöbəsinin rəis müavini polkovnik leytenant Əli Həsənov, sahə rəisi polis mayoru Zaur Hacıyev və yetkinlik yaşına çatmayanların işi üzrə inspektor polis kapitanı Nağı Nəsirovun iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi