Azərbaycançılıq məfkurəsinin davamçıları

Azərbaycançılıq nədir!

Bu gün bu sual həm öz vətəndaşlarımızı, həm də yurdumuzu səyahət edən əcnəbiləri düşündürür. Bu ideologiyanın tarixi, təşəkkülü, formalaşması haqqında müxtəlif fikirlər mövcuddur. Belə fikirləri açmaq, müasir gənclərin azərbaycançılıq dünyagörüşünü genişləndirmək məqsədi ilə görülən işlərdən biri də bu gün reallaşdı. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın təşkilatçılığı ilə 10“C” sinfində “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 2.1.2.-ci bəndinə uyğun olaraq “Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti” mövzusunda “Dəyirmi masa” keçirildi. Şagirdlər bu ideologiya haqqında, onun qurucuları və davamçıları ilə bağlı maraqlı məlumatlar toplayaraq videolentin dili  ilə çatdırmağa çalışdılar. Həm şagirdlər həm də müəllim “Heydər Əliyev və azərbaycançılıq” məfkurəsinin davamçıları olduqları üçün fəxr duyduqlarını bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi