Psixoprofilaktik söhbət

15 may Beynəlxalq Ailə Günüdür. Bu münasibətlə psixoloq Nurlanna Əhmədova 6“Ç” sinfində psixoprofilaktik söhbətlər apardı. Diskusiya şəklində qurulan söhbətlərdə uşaq və ailə problemləri, uşaq və valideyn münasibətləri müzakirə edildi. Sonda ailənin kiçik bir dövlət olması və bu dövlətdə hər kəsin öz vəzifələri olduğu vurğulandı.