Ümumbəşəri və multikultural dəyərlərə hörmət hümanizm ideyalarına sadiqlik nümunəsi kimi

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş planının 2.2.3.-cü bəndinə uyğun olaraq mayın14-də məktəbin coğrafiya müəllimi Nizami Ələsgərovun rəhbərliyi ilə 7 ”D” sinfində “Ümumbəşəri və multikultural dəyərlərə hörmət hümanizm ideyalarına sadiqlik nümunəsi kimi” debat dərs keçirildi. Şagirdlər ulu öndər Heydər Əliyev irsində “Multikultural və tolerant dəyərlər, respublikamızda millətlərarası multikulturalizm və dini məsələlərə xüsusi münasibət” haqqında fikirlərini bildirdilər. Ölkəmizin müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni mühitin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınması şagirdlər tərəfindən xüsusi maraq və həvəslə şərh olundu.