Ailəm-mənim dünyamdır

Cəmiyyətdə müxtəlif tipli ailələr var. Ancaq bu ailələri birləşdirən ata, ana, övladdır. Bundan əlavə ailədə nənə və baba da var ki, onlar həmişə diqqət mərkəzində ailənin böyüyü kimi dəyərlidirlər. Ailə və onun dəyərləri mövzusunda müxtəlif psixofrofilaktik söhbətlər aparan Nurlanna Əhmədova bu dəfə də 4 “A”, 4 “B”siniflərində “Ailəm-mənim dünyamdır” mövzusunda geniş tədbir hazırladı. Tədbirdə balaca fidanlar ailədə ata və ana, baba və nənə, bacı və qardaş olanların mövqeyini cox böyük aydınlıqla izah etdilər. Onlar hazırladıqları səhnəcikdə aztəminatlı ailələrə göstərilən qayğıdan bəhs edərək “Əl tutmaq Əlidən qalıb” anlamına gəldilər. Bundan əlavə video təqdimatla məktəbin və dövlətin də ailə olduğunu öz dəyərli fikirləri ilə isbat etməyə çalışdılar. Divar qəzetləri, inşalar, fikir mübadiləsi, uşaqların əl işləri bir daha sübut etdi ki, Azərbaycan cəmiyyətində ailə dəyərləri bütün dəyərlərdən daha önəmlidir. Çünki ailəsi möhkəm təməllər üzərində qurulan dövlətin parçalanmaq şansı yoxdur.