“Azərbaycanın şah əsəri” adlı tədbir

Mayın 10- da məktəbin tarix müəllimi Dilarə Dadaşovanın təşkilatçılığı ilə 7 “Ə” sinif şagirdləri ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar “Azərbaycanın şah əsəri” adlı tədbir keçirtdi.Tədbirdə şagirdlər müasir dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna tarixi xidmətlərindən danışdılar. Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyevin şərəfli ömür yolu doğma Vətənə və xalqa xidmətin parlaq nümunəsidir. Misilsiz idarəetmə istedadına malik olan Ümummilli Liderimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, ən ağır məqamlarda Azərbaycanın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir. Sonra şagirdlər bütün nəsillərə örnək olan böyük tarixi şəxsiyyət Heydər Əliyev haqqında öz fikir və düşüncələrini səmimi hisslərlə, həm də Ulu Öndərə dərin hörmət və sonsuz ehtiram duyğuları ilə ifadə etdilər.