“Məndə sığar iki cahan” başlığı altında "Dəyirmi masa"

Mayın 2-də Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Məmmədovanın rəhbərliyi ilə 7 ”D” sinfində “Məndə sığar iki cahan” başlığı altında böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Şagirdlər əbədiyyətin solmaz günəşi İmadəddin Nəsiminin həyatı, yaradıcılığı haqqında ətraflı məlumat verdilər, qəzəllərdən nümunələr gətirdilər, haqqında rəvayətlər söylədilər. Müəllimin köməkliyi ilə hürufilik ideyasını, şairin “Kamil insan” konsepsiyasını izah etməyə çalışdılar.