Biologiya gecəsi

Aprelin 30-da biologiya müəllimi Faqət Nəsibova rəhbərlik etdiyi 9 ”B” sinfi ilə birlikdə “Biologiya gecəsi” keçirtdi. Bu tədbirdə məktəbin direktoru Dadaş Əliyev, boilogiya müəllimləri, valideyinlər, kitabxana işçiləri və şagirdlər iştirak edirdilər.Tədbirin əsas məqsədi “Azərbaycan Respublikasının flora və faunasının qısa tanıtımı və onların qorunmasının vacibliyi, həmçinin ekoloji problemlərin işıqlandırılması və onların həlli yolları” təşkil edirdi. Mövzuya uyğun olaraq şagirdlər şeirlər söylədilər, mahnılar ifa etdilər, maraqlı səhnəciklər göstərdilər. Tədbirin yekununa doğru vətənpərvərlik mövzusuna da geniş yer verildi. Ulu öndər Heydər Əliyevin xalqına və dövlətinə olan qayğısından, ölkəmizin şanlı tarixindən və qan yaddaşımızdan söhbət açıldı. Sonda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi və iştirakçılara uğurlarının davamlı olmasını arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi