“Köç” hekayəsinin təqdimatı

Bədii ədəbiyyata maraq, mütaliəyə həvəs uşaqlar arasında günü-gündən genişlənir. Hər dəfə yeni əsərlərlə tanışlıq, yeni obrazlarla görüş böyük marağa səbəb olur. Bu dəfə də Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi ilə 5“Ə” sinfində “Köç” hekayəsinin təqdimatı keçirildi. Hekayəni səhnələşdirən şagirdlər Kərim baba və onun xatirələrini bir-bir bölüşərək özlərini sanki o aləmdə hiss etdilər. Azərbaycan təbiətinin gözəlliklərini rənglərin dilinə köçürən uşaqlar bu əsərin təbiətimizi və məişət tariximizi öyrənməkdə əvəzsiz olduğunu bildirdilər.