Şagirdlərin konkret olaraq bacarıq və qabiliyyətlərinə görə seçilməsi və onların üzə çıxarılması

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 2.4.2.-ci bəndinə uyğun olaraq “Şagirdlərin konkret olaraq bacarıq və qabiliyyətlərinə görə seçilməsi və onların üzə çıxarılması” məqsədi ilə mütəmadi olaraq məktəbdə müxtəlif tədbirlər keçirilir. Şagirdlər bu tədbirlərdə öz bacarıqlarını, istedadlarını göstərərək gözəl ifalar təqdim edirlər. Belə ki, istedadlı uşaqları kəşf edərək onları istər məktəbin ictimai işlərində, istərsə də keçirilən tədbirlərdə iştirakını təmin etmək bilavasitə müəllimlərin üzərinə düşür. Məktəbimizin ədəbiyyat, musiqi, texnologiya, təsviri incəsənət müəllimləri şagirdlərin istedad və bacarıqlarını üzə çıxartmaq üçün onların potensialını öyrənmiş və keçirilən tədbirlərdə iştirak etmələri üçün imkan yaratmışlar. Bu da şagirdləri daha da həvəsləndirir.