İki cahana sığmayan şair

 

Ölümü ilə ölməzlik qazanan şəxsiyyətlər əbədiyaşardırlar. Belə əbədiyaşarlardan biri də fəlsəfi dünyağörüşü ilə qəlbləri fəth edən İ.Nəsimidir. 2019-cu il dövlət başcısının fərmanı ilə şairin 650 illik yubileyi respublikamızda təntənəli şəkildə qeyd olunur. Müxtəlif tədbirlər planı ilə reallaşan yubiley məktəbimizdə də böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu məqsədlə də  aprelin 25-də Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi və 8 “C” sinif şagirdlərinin iştirakı ilə “İki cahana sığmayan şair” adlı “Dəyirmi masa” kecirildi. Nəsiminin həyat və yaradıcılığı, yaşadığı mühitlə bağlı məlumatlar paylaşan şagirdlər qəzəllərdən nümunələr söyləməklə şairə rəğbətlərini nümayiş etdirdilər. Bundan əlavə “Nəsimi” filmindən kadrlar, divar qəzetləri, “Nəsimi güşəsi” böyük marağa marağa səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi