“Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir” adlı Mülki Müdafıə tədbiri

 

Aprelin 24-də “Mülki Müdafiə günü” ilə əlaqədar məktəbimizdə “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir” adlı tədbir keçirildi. İlk öncə şagirdlər və müəllimlər həyacan siqnalı ilə məktəbi tərk etdilər (məktəbin həyətinə çıxdılar). Şərti yaralılar, zədələnənlər xilasedicilər tərəfindən siniflərdən çıxarıldı. Onlara məktəbin həyətində ilk tibbi yardım göstərildi. Məktəbin həyətində təşkil olunan şərti yanğın söndürüldü. Tədbirin sonunda məktəbimzin direktoru Dadaş Əliyev fövqəladə hallar zamanı şagirdlərin, əhalinin  yerinə yetirməli olduğu qaydalar haqqında məlumat verdi. Tədbirdə fərqlənən dəstələr diplomla təltif olundular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi