“İslam dininin hümanist mahiyyətli, sülh, əmin-amanlıq, və inkişafa çağırış dini olması” mövzusunda “Təşkilat saatı”

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.2.1-ci bəndinə uyğun olaraq Cəmilə Rəfiyeva 3 “Ç” sinfində “İslam dininin hümanist mahiyyətli, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması” mövzusunda “Təşkilat saatı” keçirtdi. Sinif rəhbəri Cəmilə müəllimə şagirdlərə islam dininin sülh, həmrəy, mərhəmət və şəfqət dini olması ilə bağlı məlumatlar verdi. Şagirdlər müxtəlif xalqların nümayəndələrini təmsil edərək islam dini haqqında öz çıxışlarını etdilər, elmlə, gözəl əxlaqla və sülhlə bağlı kəlamlar söylədilər. Tolerant və demokratik ölkə olan Odlar diyarımızda başqa dinin nümayəndələri də yaşayır. Bu dinlərin nümayəndələrini təmsil edən uşaqlar öz səhnəciklərini nümayiş etdirdilər. Sonda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək bildirdi ki, İslam ölkəsi olan Azərbaycanımız günü-gündən inkişaf edir. Ölkəmizin belə rifahla inkişaf edib çiçəklənməsində prezidentimiz cənab İlham Əliyevin rolu çox böyükdür. Dadaş müəllim vurğuladı ki,ölkə başçısı da hər zaman İslam dininə önəm verərək bu dinin dostluq və əməkdaşlıq dini olduğunu bildirmişdir.