“Azərbaycançılıq vətən sevgisindən, vətənə məhəbbətdən başlayır”

Aprelin 24-də tarixində 281 N-li orta məktəbdə “Azərbaycançılıq vətən sevgisindən, vətənə məhəbbətdən başlayır” layihəsinin növbəti mərhələsi başlandı. Layihənin nizamnaməsinə uyğun olaraq, ilk mərhələdə məqsədin reallaşma səviyyəsi müzakirə edilmiş, fəaliyyətin yenidən daha mütəşəkkil şəkildə həyata keçirilməsi qərara alınmışdır.

Əvvəlcə layihənin məqsədi, qaydaları şagirdlərə və müəllimlərə müxtəlif vaxtlarda bir neçə dəfə məhz şagirdlər tərəfindən (Heybətli Ayşən, Dadaşov Kamil, Abasov Elnur) radio qovşağından səsləndirilərək bildirilmişdir.

Məlumatın mətni:

Diqqət! Diqqət! Əziz şagirdlərimiz, hörmətli müəllimlərimiz, hamınızı salamlayırıq!  Nəzərinizə çatdırırıq ki, məktəbimizin müxtəlif hissələrində hər həftə azərbaycançılıqla bağlı fikirlər əks olunan plakatlar asılacaq. Siz onlarda yazılan fikirləri müəllimlərinizlə, yoldaşlarınızla müxtəlif mənbələri araşdıraraq müzakirə etməyə, həmin fikirləri daha dərindən anlamağa çalışın. Bir neçə həftədən sonra bununla bağlı sorğu keçiriləcək. Sizin həmin fikirləri nə dərəcədə anladığınız yoxlanılacaq və qalib şagirdlər mükafatlandırılacaq.

Müstəqil Azərbaycan dövlətinin əsasında dayanan azərbaycançılıq ideologiyasını, onun fəlsəfi mahiyyətini biz hamımız məktəb yaşlarından dərk etməliyik. Çünki qüdrətli Azərbaycanın gələcəyi həm də gənclərin əlindədir.

Bu şərəfli yolda hamınıza uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi