“Təbiətin dostları” adlı açıq dərs

Aprelin 22-də Məlahət Novruzova rəhbərlik etdiyi 4”V” sinfində Azərbaycan dili fənnindən “Təbiətin dostları” adlı açıq dərs keçirtdi. Dərs yeni tədris üsulu və resurslar ilə qurulmuşdur. Şagirdlər təbiətin qorunmasını məruzələrlə, atalar sözləri, şeirlər və səhnəciklərlə təqdim etdilər. Müharibələrin, döyüşlərin təbiətə vurduğu ziyandan ətraflı danışdılar. Dərsin ideya və məqsədi təbiətin mühafizəsi, qorunması üçün çıxış yolları axtarmaq və onu gələcək nəsillərə saf, təmiz ötürulməsini təmin etmək idi.