"Dini xurafat, ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş ədəbi əsərlər ” mövzusunda “Dəyirmi masa”

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.2.5.-ci bəndinə uyğun olaraq aprelin 17-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Məmmədovanın rəhbərliyi ilə 8”Ç”  sinfində. “Dini xurafat, ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş ədəbi əsərlər ” mövzusunda “Dəyirmi masa” ətrafında müzakirə keçirildi. Müəllimə şagirdlərdən bu mövzuda oxuduqları əsərlər haqqında məlumat aldı. Şagirdlər M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabirin bir çox əsərlərini sadaladılar. Şagirdlərdən Aydan Bədizadə Sabirin “Oxutmuram əl çəkin” satirasını ifadəli şəkildə söyləyərək həm satiraya çəkilmiş illüstrasiyalar, həm də əsərdən gətirdiyi sitatlarla ətraflı məlumat verdi. Ramil Rəhimov, Zeynal Rəhimov, Nərmin Gülüşova və başqalarının çıxışlarında “Ölülər”, “Usta Zeynal”, “Poçt qutusu”və M.Ə. Sabirin bir sıra satiraları əsas müzakirə obyekti oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi