“Ölkəmizdə sosial-iqtisadi, təhsil sahəsində həyata keçirilən quruculuq işləri” mövzusunda debat dərs

 

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının 1.1.2.-ci bəndinə uyğun olaraq aprelin 12-də məktəbin coğrafiya müəllimi Nizami Ələsgərovun rəhbərliyi ilə 7”D” sinfində “Ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri” mövzusunda debat dərs keçirildi. Şagirdlər mövzuya uyğun olaraq ölkəmizdə həyata keçirilən quruculuq işlərinin yuksək inkişafında prezident İlham Əliyev cənablarının imzaladığı sərəncam və qərarlarının xüsusi əhəmiyyətini birmənalı şəkildə vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi