Milli Qəhrəmanlarımız haqqında müsabiqə

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının 3.1.9.-ci bəndinə uyğun olaraq ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi məqsədi ilə V siniflər arasında Milli Qəhrəmanlarımız haqqında müsabiqə keçirildi. Şagirdlər Salatın Əsgərova, Alı Mustafayev, Əlif Hacıyev, Çingiz Mustafayev, Gültəkin Əsgərovanın döyüş yolundan danışdılar, şeirlər söylədilər, səhnəciklər nümayiş etdirdilər. Sonda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək şagirdlərə Milli Qəhrəmanlarımızı örnək göstərərək onlar kimi vətəni sevməyi, daim torpaqlarımızın keşiyində durmağı tövsiyyə etdi.

Münsiflər heyəti qaliblərə - 5"A" sinfinə Gültəkin Əsgərovanın, 5”C” sinfinə Salatın Əsgərovanın, 5”D”sinfinə Alı Mustafayevin, 5"F" sinfinə Əlif Hacıyevin və 5”G” sinfinə isə Çingiz Mustafayevin adının verilməsini qərara aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi