“Qızıl qönçələr” hekayəsini müzakirəsi

Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının 2.4.5.-ci bəndinə uyğun olaraq “Mütaliəni həyat tərzinə çevirək” devizi altında müxtəlif tədbirlər keçirilir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Hüseynova və kitabxanaçılar: Nuridə Quliyeva, Səyyarə Əlixanovanın iştirakı ilə 7”B” sinfinin şagirdləri ədəbiyyatımızda kiçik hekayələrin gözəl yaradıcılarından biri kimi tanınan Ə. Məmmədxanlının Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatından bəhs edən “Qızıl qönçələr” hekayəsini müzakirə etdilər. Müzakirədə əsas məqsəd mütaliəni şagirdlərə sevdirmək, dünyagörüşündə onun böyük rolu olduğunu göstərmək, yazıçıların əsərlərini təbliğ etmək idi.