Müsabiqənin qalibi

Aprelin 9-da Suraxanı rayonunda Referat “Heydər Əliyev və Azərbaycan tarixi” müsabiqəsi keçirilmişdir. Suraxanı rayonu məktəbləri arasında məktəbimizin tarix müəllimi Dilarə Dadaşovanın rəhbərliyi ilə Vəsilə Mahmudova Azərbaycanda “siyasi partiya və təşkilatların yaranması-Difai” referat yarışında I yerə layiq görülmüşdür. Növbəti mərhələdə şagirdimizə uğurlar arzulayırıq.