Hər kəs öz yerində gözəldir

Ədəbiyyatın həyatımıza, ruhumuza, insam kimi formalaşmağımıza təsiri böyükdür. Çünki yaxşı yazılan və bəşəri mövzuları əhatə edən əsərlər, dövr, zaman tanımır. Onlar həmişə oxunaqlıdır. Belə əsərlərdən biri də Amerika yazıçısı Mark Tvenin “Şahzadə və dilənçi“ əsəridir. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi və kitabxanaçılar: Nuridə Quliyev, Səyyarə Əlixanovanın da iştirakı ilə 5”Ə” sinfinin ədəbiyyat həvəskarları bu əsərin müzakirəsini etdilər. Uşaq həyatı, uşaq taleyi- bir sözlə, uşaq psixologiyasını açan bu əsərin çox böyük mənəvi tərbiyəsi var. Bu baxımdan romanda əks olunan dostluq, həqiqət, vicdanlı olmaq, yaxınlara münasibət, doğruluq kimi hisslər ön plana çəkilir. Müzakirənin sonunda uşaqlar “Hər kəs öz yerində olarsa, həyat daha ğözəl olar” fikrini təsdiq etdilər.