“Hikmətin fəziləti” adlı "Açıq dərs"

Aprelin 8-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqova 6”Ə” sinfində “Hikmətin fəziləti” adlı açıq dərs keçirtdi. Dərs sözün əsl mənasında hər kəsə ünvanlanmış müdrik fikirlərlə, nəsihətlərlə zəngin olan bir dərs idi. Dərs boyu uşaqlar çox fəal idilər. Onlar A.Bakıxanovun həm bədii, həm elmi yaradıcılığı haqqında məlumat verdilər, “Nəsihətlər”dən nümunələr söylədilər. Dərsdə Abbasqulu ağa Bakıxanovun nəsihətləri ilə aforizmlər arasında uyğunluq yaradaraq sərbəst fikirlər söylədilər.