"Neft Daşları” mövzusunda açıq dərs

Aprelin 5-də Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Hüseynova 7”B” sinfində “Neft Daşları” mövzusunda açıq dərs keçirtdi. Dərs müzakirə və debat formasında təşkil olunmuşdur. Şagirdlər Neft Daşlarının yaranma tarixi haqqında geniş məlumat verdilər və mövzu üzrə iş mərhələsində verilən tapşırığı yerinə yetirdilər. Dərsin sonunda onlar Neft Daşlarını dünyanın sonuncu möcüzəsi kimi dəyərləndirdilər.