”İntellektual səviyyənin yüksəldilməsi" mövzusunda seminar

Aprelin 4-də məktəbin fizika müəllimi Nilufər Əhmədova Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının 2.4.3-ci bəndinə uyğun olaraq”İntellektual səviyyənin yüksəldilməsi yolu ilə şagirdlərin dünya görüşlərinin təkmilləşdirilməsi, onlarda cəmiyyət hadisələrinə sağlam və obyektiv münasibətin yaradılması” mövzusunda seminar keçirtdi. Seminarda 10”Ç” sinif şagirdlərinin fəallığı nəzərdən qaçmadı. Qoyulmuş mövzu ilə bağlı Nilufər müəllimə geniş məlumat verdi. Müasir cəmiyyətdə şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsində texnologiyanın rolunu, həmçinin hadisələrə sağlam düşüncə ilə yanaşma tərzinin məhz obyektiv şəkildə münasibət bildirilməsində əvəzsiz olduğunu bildirdi. Sonda şagirdlər bu mövzu ilə bağlı araşdırmalarınıl təqdim etdilər.