“Hiss və emosiyalarımız” mövzusunda psixoloji test

Psixoloq Nurlanna Əhmədovanın müxtəlif yaş qrupunda olan uşaqlarla apardığı psixoloji testlər, söhbətlər çox maraq doğurur. Bu dəfə də psixoloq 7”Ə” sinfində “Hiss və emosiyalarımız” mövzusunda psixoloji test keçirtdi. Testdə uşaqların sevgi, nifrət, xoşbəxtlik, kədər, pislik, qorxu, tənhalıq və günahkarlıq hisslərini necə ifadə etmək bacarığı üzə çıxdı. Öz emosiyalarını rənglərin və şərti işarələrin dili ilə çatdıran şagirdlər ifadə üsullarının doğruluğunu isbat etməyə çalışaraq psixoloqla fikir mübadiləsi etdilər.