Aprel döyüşləri bizim şanlı qələbəmizdir!

Aprelin 3-də məktəbdə “Şanlı aprel döyüşləri”nin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirildi. “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda qurban gedən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Qarabağ qazisi Vaqif Əliyev, hərbi rəhbər, ehtiyyatda olan zabit Köçəri Verdiyev çıxış edərək ordumuzun bu döyuşdəki qələbəsi haqqında ətraflı məlumat verdilər və şagirdlərin hazırladığı kompozisiya tədbir iştirakçılarına təqdim olundu. Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək dövlət başçısının ordumuza, hərbi qulluqçulara olan qayğısından danışdı və şagirdləri vətənpərvər olmağa səslədi.