”Görmənin qüsurları. Eynək” mövzusunda açıq dərs

Aprelin 2-də məktəbin fizika müəllimi Nilufər Əhmədova 9”E” sinfində”Görmənin qüsurları. Eynək.” mövzusunda açıq dərs keçirtdi. Dərs gündəmdə olan məsələlərə həsr olunmuşdur. Belə ki, görkəmli oftalmoloq, akademik, ulu öndərin həyat yoldaşı Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı barədə məlumat verildi, onun oftalmologiya elminə verdiyi töhfələr geniş işıqlandırıldı. Həmçinin aprel döyüşlərində gözdən əlil olmuş əsgərlərimizin həyatı göz önünə gətirildi. Qaydalara tam uyğun olaraq elektron lövhədən, laboratoriya cihazlarından istifadə olunaraq dərs keçirildi. Həm müəllim, həm də şagirdlər öz biliklərini geniş şəkildə nümayiş etdirdilər. Məntiqi şəkillər, illuziyalar dərsə xüsusi rəng qatdı. Şagirdlərin “həkim-xəstə” səhnəciyi də maraqla qarşılandı.