Danabaş kəndinin harayı

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının 2.4.5.-ci bəndinə uyğun olaraq şagirdlərdə oxu bacarıqlarını, oxu mədəniyyətini təkmilləşdirmək məqsədi ilə”Mütalıəni həyat tərzinə çevirək” devizi altında müxtəlif tədbirlər həyata keçirilir. Ədəbiyyat biliciləri bu işdə xüsusi fəallıq göstərirlər. Bu dəfə də Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova, kitabxanaçılar: Nuridə Quliyeva və Səyyarə Əlixanovanın iştirakı ilə 7”F” sinfinin mütaliə sevərləri C. Məmmədquluzadənin ”Danabaş kəndinin əhvalatları” povestini müzakirə etdilər. C. Məmmədquluzadənin 150 illik yubileyinin keçirildiyi bir dövrdə bu əsərin təhlili, yazıçının həyat və fəaliyyəti ilə tanışlıq ədəbiyyata və onun nümayəndələrinə olan məhəbbətin təzahürüdür. Yazıçının fəaliyyətini əks etdirən divar qəzetləri,”Molla Nəsrəddin” jurnalına həsr olunmuş albom hazırlayan şagirdlər əsərin ideyası, bədii xüsusiyyətləri haqqında geniş müzakirə apardılar. Sonda “Avamlığın, cəhalətin,geriliyin qurbanı olan insanların acı taleyinin bədii ədəbiyyatda əksi yeni nəslin təhsilə, mədəniyyətə, dünyagörüşünün inkişafına açardır” fikri səsləndi. Hər birimiz bu açarı əlimizdə möhkəm tutmalıyıq ki, belə qurbanlarımız olmasın.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi