“Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” adlı ədəbi-bədi kompozisiya

Martın 29-da məktəbin ingilis dili müəllimi Şəbnəm Hacıyeva “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının 2.2.1.-ci bəndinə uyğun olaraq “Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” adlı ədəbi-bədi kompozisiya keçirtdi. 5”E” sinfinin şagirdləri öz gözəl çıxışları ilə diqqəti cəlb etdilər. Şagirdlər milli alətlərimiz olan tar, saz, nağara və s. haqqında məlumat verdilər. Şagirdlərdən Rəvanə Cəlilli milli rəqs olan “Turacı” rəqsini, Rəhman Əfəndi isə milli musiqimiz olan “Sarı gəlin”i ifa etdi. Sonda şagirdlərdən Əli Xuduzadə Heydər Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında kəlamını səsləndirdi “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, adət-ənənələrini unutmamalıdırlar”.