Tarix heç zaman unudulmur, həm də yazılır.

Martın 29-da məktəbin tarix müəllimi Gülşən İsmayılzadə və musiqi müəllimi Vəfa Məmmədovanın təşkilatçılığı ilə”Azərbaycanlıların Soyqırım Günü” adlı tədbir keçirildi. Tədbirdə 1918-ci il 31 mart soyqırım qurbanları yad edildi, şagirdlər tərəfindən şeirlər, bayatılar, mahnılar səsləndirildi, tarixi faktlar və videoroliklər nümayiş etdirildi. Beləliklə də illərlə xalqımıza qarşı törədilmiş soyqırımlar, haqsizlıqlar, torpaq iddiaları haqqında məlumatlar tədbir iştirakçılarına çatdırıldı. Sonda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək şagirdlərə tariximizi unutmamağı, daim mübariz olmağı tövsiyyə etdi.