Azərbaycan dilinin zənginliyi

Martın 29-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Aslanovanın təşkilatçılığı ilə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının 2.1.6-cı bəndinə uyğun olaraq “Azərbaycan dilinin zəngin ifadə vasitələri, poeziya, nəsr və elm dili olması, təkmil ədəbi dil səviyyəsinə yüksəldilməsi” mövzusunda şagird tədqiqatları dinlənildi. Azərbaycan dilinin zənginliyi, onun təzahür imkanlarının poeziyada ifadəsi haqqında şagird Arzu Məmmədova çıxış etdi. M. Füzuli, M.Ə. Sabir, M. Araz, B. Vahabzadə poeziyasından nümunələr söyləyərək dilimizin nə qədər zəngin ifadə tutumuna sahib olduğunu dinləyicilərə çatdırdı. Nəsrimizdə dilin uğurlu vasitələrini gündəmə gətirmək üçün ən yaxşı çıxışlardan biri də Minayə Seydmirinin çıxışı idi. O, İ. Əfəndiyevin, İ. Şıxlının yaradıcılığını işıqlandırdı, dilimizin fikir ifadəsi baxımından nə qədər imkanlara malik olduğunu sübut etdi.

Beləliklə, Azərbaycan dili, onun ədəbi dil kimi təkmil bir dil səviyyəsinə yüksəlməsi fikri şagirdlər tərəfindən böyük məhəbbət, dilimizə hörmət, sevgi ifadəsi şəraitində təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi