Konfrans keçirildi.

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə iş planının 1.1.1-ci bəndinə əsasən”Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionlar lideri dövlətə çevrilməsi” mövzusunda konfrans keçirildi.
Konfransda məktəbin direktoru Dadaş Əliyev məruzə etdi. O bu sahədə ölkə rəhbəri cənab İlham Əliyevin, birinci Vitse Prezident Mehriban Əliyevanın gördüyü işlər barədə şagirdlərə geniş məlumat verdi.