Təbiətin ən gözəl qızı Bahar, xoş gəldin

Yurdumuza yaz gəlir. Təbiət öz donunu dəyişir. O, gözəlliyə doğru dəyişdikcə insanlar da bu dəyişikliyi sevinclə, ruh yüksəkliyi ilə qarşılayırlar, çünki insan bütün gözəlliklərin fövqündədir. Novruz təbiətin ən füsunkar çağıdır. Onun gəlişi münasibəti ilə respublikamızda müxtəlif tədbirlər həyata keçirilir. Məktəbimiz də bu gözəlliyi özünəməxsus qarşılayır. Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən 5 “Ə” sinif şagirdləri ilə birgə bayramı qeyd etdilər. Milli adət-ənənələrimizi özündə əks etdirən bu tədbirdə Bahar qızının, kosa və keçəlin faytonla gəlişi böyük sevinclə qarşılandı. Balaca fidanların söylədiyi bayatılar, haxıştalar, şirin nəğmələr, istər milli istərsə də əcnəbi rəqslər xüsusi marağa səbəb oldu. Kosa ilə keçəlin duzlu, məzəli zarafatları, yumurta döyüşü çox böyük rəğbətlə qarşılandı.Sonda məktəbin direktoru Dadaş Əliyev məktəb kollektivini, uşaqları və onların simasında bütün xalqımızın Novruz bayramını təbrik edib, hamıya xoş arzularını bildirdi.