“Novruz bayramı milli bayramımızdır” mövzusunda “Açıq dərs”

 Martın 15 də ibtidai sinif müəllimi Güllər İsmayılovanın təşkilatçılığı ilə 1”F” sinfində “Novruz bayramı milli bayramımızdır” mövzusunda “Açıq dərs” keçirildi. Şənlikdə məktəbin direktoru Dadaş Əliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova, ibtidai siniflər üzrə metodbirləşmə sədri Fənurə Mühacirova, ibtidai sinif müəllimləri və bir neçə valideyn iştirak etmişdir. İlk öncə şagirdlər tədbir iştirakçılarını salamladılar və dövlət himni oxudular. Şagirdlərdən Zəhra Şahbalıyeva ”Bahar gəlir elimə” mahnısının sədaları altında rəqs etdi. Yaradılışın dörd ünsürünü özündə əks etdirən su, od, yel, torpaq çərşənbələri şagirdlərin təqdimatında rollu oyunlarla göstərildi. Novruz bayramının əsas rəmzləri sayılan ”Kosa-keçəl”, ”Səməni”, ”Bahar qızı” təqdim olundu, ”Tıq-tıq xanım” səhnəciyi göstərildi. Uşaqlar ”Yallı rəqsi” ilə dərsi yekunlaşdırdılar. Sonda məktəbin direktoru Dadaş Əliyev şagirdləri Novruz bayramı münasibəti ilə təbrik etdi, onlara xoş arzularını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi