Xalqını sevdiyi qədər sevilən insan- Mehriban Əliyeva

Martın 15 də məktəbin 2018-2019-cu tədris ili üçün fəaliyyət planına əsasən” Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu haqqında” tədbir keçirildi. Tədbirdə məktəbin tarix müəllimi Aksana Usubaliyeva və iştirak edən şagirdlər Mehriban xanım Əliyevanın simasında müasir Azərbaycan qadını obrazı, cəmiyyətimizdə qadının rolu və ona verilən yüksək dəyər haqqında fikirlərini bildirdilər.
Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev mövzu haqqında öz fikirlərini şagirdlərlə bölüşdü.