“İqtisadi layihələrin həyata keçirilməsi” mövzusunda “Dəyirmi masa”

"Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkimləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının 1.1.4-cü bəndinə uyğun olaraq martın 13-də məktəbin iqtisadiyyat müəllimi İfayət Məmmədova 10”Ç” sinif şagirdləri ilə”Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsi” mövzusunda“Dəyirmi masa” keçirtdi. Şagirdlərdən Ramil Allahverdiyev, Nuray Nəcəfova, Mehdi Bağırlı, Nəzrin Məhərrəmova“Əsrin müqaviləs”,”Cənub Qaz Dəhlizi”,“Azərbaycana böyük siyasi və iqtisadi dividentlər gətirən layihə” və s. mövzularda təqdimatlarla çıxış etdilər.

“Dəyirmi masa”nın yekunu olaraq müəllim bildirdi ki, Azərbaycan beynəlxalq miqyaslı layihələrdə iştirak edərək həm dünya dövlətləri arasında böyük nüfuz qazanıb, həmdə ölkəmiz günü-gündən çiçəklənir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi