Hövsanın tarixi, coğrafiyası, flora və faunası

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 2.1.8.-ci bəndinə uyğun olaraq martın12-də biologiya müəllimi Firuzə Əliyeva 6”E” sinfində “Hövsanın tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri ,dini ibadətgahları, adət ənənələri, tanınmış şəxsiyyətləri” mövzusunda “Dəyirmi masa” keçirtdi. “Dəyirmi masa”nın yekunu olaraq müəllim bildirdi ki, bir neçə əsr ərzində kiçik kənddən böyük meqapolisin tərkib hissəsi kimi mürəkkəb inkişaf yolu keçən doğma Hövsan qəsəbəmiz gözümüzün önündə günü-gündən çiçəklənir.