Novruz əhvali-ruhiyəli "Açıq dərs"

12 mart tarixində məktəbimizin ibtidai sinif müəllimi Aidə Abbasovanın təşkilatçılığı ilə 1"D" sinfində "Novruz bayramı" mövzusunda “Açıq dərs” keçirildi. “Açıq dərs”də məktəbin direktoru Dadaş Əliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova, ibtidai siniflərin metodbirləşmə sədri Fənurə Mühacirova, ibtidai sinif müəllimləri və bir neçə valideyn iştirak etmişdir. Dərsi ibtidai sinif müəllimi Aidə Abbasova açmış və 1"D" sinfinin şagirdləri qonaqları salamlamışlar. “Açıq dərs”də promethean lövhədən, elektron resurslardan, istifadə olunmuşdur. Şagirdlər çərşənbələrin adı altında qruplara ayrıldı. Bu çərşənbələr haqqında məlumat verildi. Şeirlər və mahnılar söylənildi. “Novruzu bayram edək “ mahnısı şagirdlərin bayrağımızı dalğalandıraraq ifasında dinlənildi. Sonda Heydər Əliyevin və İlham Əliyevin Novruz şənliklərindən olan xatirə şəkillərinədə baxıldı. 1-ci sinif olmasına baxmayaraq Kosa, keçəl, bahar qızı öz rollarının öhdəsindən məharətlə çıxış etdilər. Balacalar məharətlə haxıştalar səsləndirdilər. “Açıq dərs”də şagirdlər Novruz adət -ənənələri ilə bağlı interaktiv tapşırıqlar yerinə yetirmişlər. Şagirdlər qrup işləri yerinə yetirmiş ,rollu oyun oynamış ,"Novruz bayramı"na aid tapmacalar demiş, mahnı oxumuş və rəqs etmişlər. Sonda məktəbin direktoru Dadaş Əliyev şagirdləri qarşıdan gələn "Novruz bayramı" münasibətilə təbrik etmiş və “Açıq dərs” müzakirə olunmuşdur.