“Ana həyatın sonsuzluğudur”

Məktəbimizin ingilis dili müəllimi Gülmirə Təhməzova tədbiri bu sözlərlə açıq elan etdi. Bizim gözəl analarımız, nənələrimiz və müəllimlərimiz! Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Bu təbrik ancaq 6”C” sinif şagirdlərinin, onların ingilis dili müəllimləri Həqiqət Allahverdiyeva və Gülmirə Təhməzovanın təbriki deyil, bütün bəşəriyyətin, analarımızın qarşısında olan mənəvi borcudur. Bizi həyata gətirən, saatlarca beşiyimizin ətrafında pərvanə olaraq yuxuya getməyimizi seyr edən, yuxudan oyanarkən açılan gözlərimizdən ilham alaraq arzulara qovuşan, həyat səmasında xoşbəxtliyindən rəqs edən müqəddəs insandır Ana! Biz bu dünyada nə etsək də, sənin varlığın qarşısında heç vaxt, heç bir vəchlə borcumuzu qaytara bilmərik.
6”C” sinif şagirdlərinin ingilis dilində hazırladıqları kompozisiya bir daha onu sübut etdi ki, Cənnət anaların ayaqları altındadır. Sonda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdi.