“Vətəni qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir”

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmrinə əsasən  bu gün məktəbimizdə şagirdlərin ordu sıralarına hazırlanmasını təmin etmək məqsədi ilə “Vətəni qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir” mövzusunda tədbir keçirildi. Tədbiri təşkil edən, Hərbi rəhbər ehtiyyatda olan baş leytenant Köçəri Verdiyev şagirdlərə hərbi təhsil müəssisələri haqqında məlumat verdi, videoçarxlar göstərdi. Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev çıxış edərək dövlətimizin hərbi qulluqçulara olan qayğısından danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi