Güclü iradə

Məktəbimizin idman sahəsində uğurları günü-gündən artır. Yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyində məktəbin 10 sinif şagirdi Elgün Rzayev 60 kq çəki dərəcəsində III yerə, 55 kq cəki dərəcəsində isə II yerə layiq görülmüşdür. Şagirdimiz Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən diplom və medalla təltif olunmuşdur.