Pis adət və vərdişlərə son

Yaşadığımız mühitdə yeniyetmə və gənclərin milli ruhda böyüməsi, dəyərlərin qiymətləndirilməsi işində müxtəlif iş planları həyata keçirilir. Bu baxımdan məktəbimizin psixoloqu Nurlanna Əhmədova 9”A” və 9”B” siniflərində “Erkən nigahın törətdiyi fəsadlar” və “Psixotrop maddələrin zərəri” mövzusunda keçirdiyi “Dəyirmi masa” təqdirəlayiqdir. Çıxış edənlər “Erkən nigah və onların fəsadları qızlarımızın cəmiyyətə sağlam nəsil verməsinə mane olur” fikrini xüsusi vurğuladılar. Eyni zamanda özünüdərk dövründə boşanmaların artmasına səbəb olan amilləri gücləndirir-deyən uşaqlar bu problemin kəndlərdə daha qabarıq olduğunu qeyd etdilər. Bundan başqa psixotrop maddələrin istər yeniyetmələrin, istərsə də gənclərin həyat tərzini necə məhv etdiyini nümunələrlə sübut etdilər. İştirakçılar hər iki problemin həyatımıza, gənc nəslin formalaşmasına necə zərbə vurduğundan söhbət açdılar. Sonda bu məsələlərə qarşı etiraz əlaməti olaraq hazırladıqları slaydın bütün siniflərdə nümayiş etdirilməsini təklif etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi