Həsrətli ana gözləri

Bədii ədəbiyyat ruhumuza, canımıza hopan milli və mənəvi düşüncələrimizi zənginləşdirən əsas vasitələrdən biridir. Bu baxımdan ədəbiyyata, bədii sözə dəyər verən şagirdlərin işini xüsusi qiymətləndirmək lazımdır. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova 7”F” sinfinin ədəbiyyat biliciləri ilə tez-tez müxtəlif əsərlərin müzakirəsini edirlər. Bu dəfə də Süleyman Rüstəmin “Ana və poçtalyon” əsərini səhnələşdirərək əsərin ideya və məzmununu açmağa çalışdılar. “Balaca aktyorlar” ananın oğul həsrətini, poçtalyonun öz işınə sevgisini, qonşuların bir-birinə isti münasibətini xüsusi ilə nəzərə çatdirmaq istəyirdilər. Müzakirədə bildirildi ki, müharibə insan faciəsinin ən dəhşətli məqamıdır və çox təəssüf ki, xalqımız da bu məqamlardan  keçib. Amma ümid edirlər ki, bu acı dəhşətlərin qisası tezliklə alınacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi