1 Mart “Mülki Müdafiə günü”

1 Mart “Mülki Müdafiə günü” ilə əlaqədar məktəbimizdə ibtidai siniflərdə tədbir keçirildi. İlk öncə şagirdlər və müəllimlər həyacan siqnalı ilə məktəbi tərk etdilər (məktəbin həyətinə çıxdılar). Şərti yaralılar, zədələnənlər xilasedicilər tərəfindən siniflərdən çıxarıldı. Onlara məktəbin həyətində ilk tibbi yardım göstərildi. Məktəbin həyətində təşkil olunan şərti yanğın söndürüldü. Tədbirin sonunda məktəbimzin direktoru Dadaş Əliyev fövqəladə hallar zamanı şagirdlərin, əhalinin qaydaları haqqında məlumat verdi.