27 fevral 2019-cu il tarixində məktəbimizin riyaziyyat müəllimi Sənan Mustafayev 5”C” sinfində “Fəza fiqurları” mövzusunda “Açıq dərs” keçirtdi. Dərsin əsas məqsədi til, üz və təpə nöqtələrinin sayına görə, fəza fiqurlarının növünü təyin etmək bacarığını formalaşdırmaq idi.