“Xocalım mənim-dərdim mənim” mövzusunda ədəbi-bədii kompozisiya

26 fevral 2019-cu il tarixdə məktəbimizin müəllimi İfayət Məmmədovanın təşkilatçılığı ilə rəhbəri olduğu 5”C” sinfində “Xocalım mənim-dərdim mənim” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi. ”Xocalı soyqrımı”nın qurbanlarının xatirəsi dərin hüznlə yad edildi. Şagirdlərin söylədiyi şeirlərdə erməni cəlladlarının törətdikləri vəhşiliklər göz önündə canlandı. Züleyxa Dəmirova, Ayan Hidayətova, Məmməd Əhmədli, İsmayıl Cəfərov, Selcan Ağalı, Əli Tomarov öz şeirləri ilə Xocalını ürək ağrısı ilə xatırladılar. Nazim Bəşirov öz çıxışının sonunda bildirdi ki, qisas qiyamətə qalmaz.