“Allah səbr verməsin, Ana Vətən!”

Tarixdə elə hadisələr var ki, onlar bütöv bir məmləkətin qəlbində sağalmaz yaradır. Xocalı faciəsi də məhz belə bir yaradır ki, hər dəfə onu andıqca bu yara qanayır, yeri heç vaxt qaysaq bağlamır. Düz, 27 ildir ki, bu yara işlədikcə işləyir. Ruhumuzu, canımızı bürüyür.Faciəni və faciə qurbanlarını anmaq, onların ruhu qarşısında vətəndaşlıq borcunu vermək məqsədi ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova və 5”Ə” sinif şagirdləri Ana harayı abidəsini ziyarət etdilər. Körpə fidanlar Xocalı qurbanlarını öz şeirləri və çıxışları ilə yad edib, sevgilərini qırmızı qərənfillərin dili ilə çatdırdılar.

“Allah səbr verməsin, Ana Vətən!” fikrinə söykənib tezliklə onların ruh dincliyi tapacağına əmin olduqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi