Faciəni yad edən fidanlar

25 fevral 2019-cu il tarixdə Səidə Zülfüqarovanın təşkilatçılığı ilə rəhbəri olduğu 4”B” Sağlam təhsil sinif şagirdləri ilə birlikdə “Xocalı soyqırımı”nı yad etdilər. Şagirdlərin söylədiyi şeirlərdə “Xocalı soyqırımı”nın amansızlığı bir daha gözlər önündə canlandı. Erməni amansızlığı tarixdə olan bütün sıyqırımları kölgədə qoymuşdur. Mahmudov Nicat, Zairov Elgün və Cəbrayılov Emil bu dəhşətli faciəni hazırladıqları maketlərdə əks etdirdilər. Şeir deyən şagirdlər Xocalını qəlb ağrısı ilə duya-duya təqdim etdilər və bildirdilər ki, bu qan yerdə qalmayacaq!